Çox insan bilir ki, hərəkət faydalıdır. Amma sual yaranır: ürək üçün nə qədər idman lazımdır? Mütləq qaçmaq lazımdır, yoxsa gəzmək kifayətdir?
Yaxşı xəbər budur: peşəkar idmançı olmağa ehtiyac yoxdur.
Avropa tövsiyələrində böyüklər üçün həftədə ən azı 150 dəqiqə orta intensivlikli fiziki aktivlik əsas hədəflərdən biri kimi göstərilir. Məsələn, həftədə beş dəfə 30 dəqiqə sürətli yeriş. Daha intensiv məşq zamanı ümumi müddət daha az ola bilər. Müntəzəm güc məşqləri də faydalıdır.
Amma yalnız dəqiqələrin sayı vacib deyil. Aktivlik sizin gündəlik həyatınıza və sağlamlıq vəziyyətinizə uyğun olmalıdır.
Uzun müddət az hərəkət edən insanlar bəzən çox kəskin başlayırlar: həftədə beş məşq, sərt proqram və yüksək gözləntilər. Bir neçə həftə sonra motivasiya itir.
Ona görə də məsləhətim
- Kiçik və real addımlarla başlayın.
- Gündəlik həyatda hərəkəti artırın: pilləkən, gəzinti, velosiped, qısa məsafələri piyada gedin.
- Müəyyən vaxtlar planlaşdırın.
- Müddət və intensivliyi tədricən artırın.
- Sizə həqiqətən zövq verən aktivliyi seçin.
Məlum ürək xəstəliyi, bəzi ritm pozğunluqları və ya keçirilmiş ürək-damar hadisələri varsa məşq fərdi planlaşdırılmalıdır.
Ən yaxşı fiziki aktivlik sağlamlıq vəziyyətinizə uyğun olan və uzun müddət gündəlik həyatınıza daxil edə bildiyiniz aktivlikdir.
Bu yazı ümumi məlumat xarakteri daşıyır və fərdi həkim məsləhətini əvəz etmir.